• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.


Ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  əmr edirəm:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” başlığı altında inşa müsabiqəsi keçirilsin (inşa mövzuları əlavə olunur). 


2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunsun. 


3. Müsabiqənin rayon (şəhər) mərhələsi 27 sentyabr – 15 oktyabr 2021-ci il tarixlərində yerlərdə, ölkə mərhələsi 16 – 31 oktyabr 2021-ci il tarixlərində Bakı şəhərində keçirilsin. 


4. Yerli təhsili idarəetmə orqanları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaratsınlar, müsabiqənin rayon (şəhər) mərhələsinin qaliblərinin inşa yazılarını və onlar haqqında məlumatı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) oktyabr ayının 15-dək Təhsil Nazirliyinə göndərsinlər.


5. Müsabiqənin ölkə mərhələsinə göndəriləcək yazı işləri üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:


5.1. Bakı şəhərindən – 12 iş;


5.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən – 2 iş;


5.3. digər şəhər və rayonların, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin hər birindən – 1 iş.


6. Nəzərə alınsın ki, inşa yazılar şagird dəftərində aydın xətlə əlyazma şəklində yazılmalı və 6 səhifədən çox olmamalıdır. 


7. Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu) və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi (Orxan Abbasov) yerlərdən daxil olan inşa yazıların yoxlanması və qaliblərinin seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyası təşkil etsinlər.


8. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif edilsinlər.


9. Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu):


9.1. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin; 


9.2. müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.


10. Maliyyə şöbəsi (Rauf Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.


11. Əsaslı Tikinti və Təchizat İdarəsi (Anar Axundov) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.


12. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.


13. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.


14. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 

 

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

24 sentyabr 2021-ci il

F-455