• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.


2. Müsabiqədə şagirdlərin təqdimat edəcəyi mövzular, iştirakçıların təqdimatlarının qiymətləndirilmə meyarları və ölkə mərhələsində təqdimatların qiymətləndirilməsini aparan işçi qrupunun tərkibi təsdiq edilsin (1, 2 və 3-cü əlavələr). Ölkə mərhələsində hər bir iştirakçının təklif edilən mövzulardan biri üzrə videotəqdimatının işçi qrupunun üzvləri tərəfindən qiymətləndiriləcəyi nəzərə alınsın.  


3. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin:


3.1. Müsabiqənin ilk mərhələsi 2022-ci ilin mart ayında rayon və şəhərlərdə;


3.2. ölkə mərhələsi aprel ayında Bakı şəhərində keçirilsin.


4. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:
4.1. Bakı şəhərindən – 12 (on iki) nəfər;


4.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 (iki) nəfər;


4.3. digər şəhər və rayonların hər birindən – 1 (bir) nəfər;


4.4. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 5 (beş) nəfər.


5. Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi (Elnur Əliyev) Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən müsabiqənin ölkə mərhələsində iştirak edəcək şagirdlərin seçilməsini təmin etsin.


6. Ümumi təhsilin təşkili və idarəolunması şöbəsi, yerli təhsili idarəetmə orqanları müsabiqənin ilk mərhələsinin təşkili üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müvafiq meyarlar əsasında iştirakçıları qiymətləndirib birinci mərhələnin qaliblərinin videotəqdimat-larının 2022-ci il mart ayının 31-dək portal.edu.az saytına yerləşdirilməsini təmin etsinlər.


7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) müsabiqənin ölkə mərhələsinin portal.edu.az saytı vasitəsilə həyata keçirilməsini təmin etsin.


8. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.


9. Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu): 


9.1. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 (üç) gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin;


9.2. müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.


10. Maliyyə şöbəsi (Rauf Orucov) və Təhsilin iqtisadiyyatı və statistika şöbəsi (Kənan Kərimzadə) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsinlər.


11. Əsaslı Tikinti və Təchizat İdarəsi (Anar Axundov) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.


12. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 


13. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin əlavələri ilə birlikdə müvafiq struktur bölmələrə və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.


14. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

28 fevral 2022-ci il

F-103