• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

 

2. Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan məsul şəxslər və müəssisələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

 

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin və ona əlavənin aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

 

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

13 yanvar 2022-ci il

F-14