• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

 

qərara alıram:

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar elm xadimi”

 

Həsənli Yadulla Həmdulla oğlu

 

“Əməkdar müəllim”

 

Abbasov Qəzənfər Əli oğlu

 

Əliyev Məhəmməd Ələkbər oğlu

 

Əliyev Ümüdvar Qənbər oğlu

 

Fərzəliyev Məzahir Həmzə oğlu

 

Hacıyev Nazim Özbəy oğlu

 

Həsənov Vəkil Səfiyar oğlu

 

Həsənova Zöhrə Bilal qızı

 

Hüseynov Vəkil Neymət oğlu

 

Kərimov İrşad Abdul oğlu

 

Quliyev Asiman Aydın oğlu

 

Məmmədov Məmməd Hümbət oğlu

 

Məmmədov Zahid Fərrux oğlu

 

Osmanov Tofiq Ramazan oğlu

 

Rzayev Rövnəq Mirzə oğlu

 

Rzayeva Gülnarə Namik qızı

 

Sadıqov Mustafa Məmməd Sadıq oğlu

 

Şıxlinskaya Gülnarə Teymur qızı

 

Vəliyev Fazil Əli oğlu

 

Yaqubov Sakit Məmədi oğlu.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il.