• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi  haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul  tarixli 1324 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, AMEA-nın Rəyasət Heyətinin 2019-cu il 25 sentyabr tarixli 13/9 nömrəli qərarını nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1.“Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi  haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1324 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Təhsil Nazirliyinin aparatına hesabat təqdim etsinlər. 

3. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Yaqub Piriyev) Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etsin.

4. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, ali təhsili müəssisələrinə çatdırılmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi  haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 iyul  1324 nömrəli  Sərəncamı, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2019-cu il tarixli 25 sentyabr  13/9 nömrəli Qərarı ilə təsdiq edilmiş Akademik Məmmədağa Şirəliyevin  110 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

21 oktyabr 2019-cu il

F-639