• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin  qeyd edilməsi haqqında” 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2.Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planındakı aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 25 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova  həvalə edilsin.

Əsas:    Azərbaycan Respublikası Prezidentinin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin  qeyd edilməsi haqqında” 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncamı, Qazax Rayon İcra Hakimiyyətinin 29 noyabr 2018- ci il 1-5/236  tarixli nömrəli məktubu.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 dekabr 2018-ci il

F-823