Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?
Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?
Sual: Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?
Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün və neçə saat olur?
Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir?
• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.
• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.
Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb edilir?
Sual: Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var?
Sual: Məktəbəhazırlıq qruplarının təşkil edilməsinin məqsədi nədir?
Sual: Məktəbəhazırlıq qrupları hansı rayon və şəhərlərdə fəaliyyət göstərəcək?
Məktəbəhazırlıq qruplarına dair sual-cavab
Məktəbəhazırlıq qrupları hansı rayon və şəhərlərdə fəaliyyət göstərəcək?
• Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, ancaq müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
Məktəbəhazırlıq qruplarının təşkil edilməsinin məqsədi nədir?
• 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq;
• Əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq;
• Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək.
• Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.
Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var?
• Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.
• Təhsil İnstitutunun araşdırmasına əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.
• Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.
Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb edilir?
• Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir?
• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.
• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.
Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün və neçə saat olur?
• Həftədə 4 gün olmaqla, 12 məşğələ;
• Bir gün ərzində 3 məşğələ;
• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə
• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?
1. Ətraf aləmlə tanışlıq
2. Savad təliminə hazırlıq və nitq inkişafı
3. Bədii təfəkkürün inkişafı
4. Məntiqi və riyazi təfəkkürün inkişafı
5. Təsviri fəaliyyət
6. Musiqi
7. Fiziki mədəniyyət
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?
• Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?
• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.
• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.
Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib?
• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.
• I yarımil: 1 oktyabr-26 yanvar;
• II yarımil: 1 fevral-31 may.
Məktəbəhazırlıq qruplarında tətillər nə zamandır?
• 5 gün payız tətili (16-20 noyabr);
• 5 gün qış tətili (27-31 yanvar);
• 5 gün əlavə tətil (1-5 may).
Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə bilər?
• Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.
• Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.
Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olur?
1. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
2. Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;
3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
• Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
• Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu nə zaman başlayır?
• Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
• Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu 01.08.2017-ci il tarixdən 18.09.2017-ci il tarixədək həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə 15.08.2017-ci il tarixdən 30.09.2017-ci il tarixədək məktəbə müraciət etmək lazımdır.
Məktəbəhazırlıq qruplarına hansı sənədlər tələb olunur?
1. Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));
2. Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);
3. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
4. Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”
İnternat məktəblərində təhsil alan uşaqlar üçün məktəbəhazırlıq qrupları fəaliyyət göstərirmi?
• Ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. (Bakı şəhəri 11 və 10 nömrəli internat məktəbləri)
Ötən ildən məktəbəhazırlıq qruplarına nə qədər şagird cəlb olunub?
• Məktəbəhazırlığın təşkili “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi mərhələli prosesdir.
• Məktəbəhazırlıq təhsilinin əhatəsi 2016-cı ildə ölkə üzrə 55%-ə çatıb.
• Məktəbəhazırlıq qrupları ölkə üzrə 2.795 dövlət məktəblərində təşkil olunub.
• Məktəbəhazırlıq təhsilinə 4.410 məktəbə hazırlıq qrupuna 86.970 uşaq və iş təcrübəsinə malik müəllim cəlb olunub.