• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Virtual məktəb

2019-2020-ci tədris ilinin ikinci yarımili COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən 2 aprel 2020-ci il tarixində hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinə start verilmişdir.  

 

Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması (https://virtual.edu.az/)  1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.

 

Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub.

 

Platformada mərkəzləşdirilmiş monitorinq imkanı vardır ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power BI" aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir. Bununla yanaşı, “Virtual məktəb” istifadəçiləri  rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətlərindən faydalana bilirlər.

 

“Virtual məktəb” saytında platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün detallı video təlimatlar təqdim olunur. Həmçinin, platformadan istifadə ilə bağlı əlavə sualı yaranan vətəndaşlar üçün “Virtual Bələdçi” xidməti, 146-4 “Qaynar xətt” xidməti və teams@tsii.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.