• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Study in Azerbaijan

2019-ci ildə yaradılan studyinazerbaijan.edu.az (SIA) internet səhifəsi əcnəbi tələbələrin Azərbaycanda təhsili barədə rəsmi məlumat mənbəyi kimi fəaliyyət göstərir. 


SIA portalında əcnəbilərin Azərbaycanda ali təhsili ilə bağlı çox saylı məsələlər işıqlandırılır. Bunların arasında Azərbaycanı təhsil üçün seçmək səbəbləri, ATM-lərin təklif etdiyi müxtəlif səviyyələrdə və dillərdə təhsil proqramları, təqaüd imkanları, qəbul qaydaları və proseduru, məzunlar barədə məlumat, statistik hesabatlar və Azərbaycanda təhsilin şərtləri vardır.  


SIA-nın məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbilərə müvafiq məlumat dəstəyi ilə yanaşı, həm də SIA-nın elektron poçt və sosial media hesablarına göndərilən müraciətlərin cavablandırılmasını həyata keçirməkdir. 


2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.