• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sağlam təhsil - sağlam millət” layihəsi

Yaranma tarixi: 2014-2015-ci tədris ili 


Məqsəd: Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi.  


Məlumat: Layihə uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq və tətbiq etmək,  tədris prosesinin şagirdlərin sağlamlığını zədələməməsinə yönəlik fəaliyyətləri təşkil edir.


Əhatə dairəsi: Sumqayıtda 1,  Bakıda 50 olmaqla, ümumilikdə 51 ümumi təhsil müəssisənin 287 ibtidai sinfində tətbiq edilir və ümumi şagird sayı 5166 nəfər təşkil edir. Bununla yanaşı, sağlam təhsil texnologiyaları 7 xüsusi və 4 inklüziv məktəbi əhatə edir.