• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Maarifçilər Assosiasiyası

Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) 2020-ci il 20 iyun tarixində təsis edilmişdir.

 

Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) təhsil sahəsində ümumi məqsədlərə nail olmaq üçün bu sahədə çalışanların birgə fəaliyyətini əlaqələndirən birlikdir. AMA Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın tərkibində “Azərbaycan Maarifçilər Klubu” da fəaliyyət göstərir. Kluba Azərbaycanın hər bir bölgəsindən olan müəllim qoşula bilər. Kluba üzvlük ödənişsizdir.

 

Məqsədimiz ölkə ərazindinə fəaliyyət göstərən bütün təhsil işçiləri arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, təhsil işçilərini bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaq, yerli və Beynəlxalq səviyyədə Assosiasiya əlaqələrini və əməkdaşlıq imkanlarını qurmaqdır.


AMA regionalar üzrə koordinatorlar tərəfindən idarə olunur. Koordinatorlar qrupu 1 il müddətinə seçilir. Ümumi iclaslarda çıxarılan qərarlar bölgələr üzrə olan koordinatorlar tərəfindən bütün üzvlərə çatdırılır.

 

Hazırda AMA-nın koordinatorlar tərəfindən yaradılan aşağıdakı təhsil layihələri aktiv fəaliyyət göstərir: 

Mən bir müəlliməm

“Yumruca Kukla” Uşaq İnkişaf Platforması

AMA Təqaüdü

“Təhsil Könüllüləri” Təcrübə proqramı

 

AMA aşağıdakı dəyərlərə inanan və onları paylaşan hər bir təhsil işçisini üzv qəbul edir:
1. Sevgi - irqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq;
2. Təhsil - hər yerdə və hər zaman təhsili əsas tutmaq;
3. Toplum - hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək;
4. Dürüstlük - özünə və digərlərinə qarşı dürüst olmaq.

 

Qeyd edək ki, Assosiasiyamız Azərbaycan Respublikası Təhsil Nazirliyi başda olmaqla bir sıra qurumlarla əməkdaşlıq edir.