• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

2018-ci ildə yaradılan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) 2020-ci ildən etibarən dövlət qeydiyyatına alınmışdır. 

 

AGMA Gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradan, müsbət gənc müəllim imicinin formalaşmasına, bu imicin təbliğ olunmasına təsir edən, pedaqoji istiqamətdə təhsil alan tələbələrdən başlayaraq innovativ inkubasiya imkanları təbliğ edən, gənc müəllimlərin ehtiyaclarını müəyyənləşdirməklə müvafiq inkişaf xəritəsi ilə böyüyən, vahid idarəetmə sisteminin tətbiq olunduğu qurumdur. 

 

Məqsədimiz təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaq, yerli və Beynəlxalq səviyyədə Assosiasiya əlaqələrini və əməkdaşlıq imkanlarını qurmaqdır. 

 

Hazırda AGMA-da PR və Kommunikasiya, M&Q Tədqiqatlar, Proqram və təlimlər və Layihələr üzrə departamentlər fəaliyyət göstərir. 

 

Assosiasiyamıza respublikamızın müxtəlif bölgələrindən olan gənc müəllimlər üzvdür. 

 

Bizə üzv olmaqla AGMA-ın fəaliyyətində, təşkil etdiyi tədbir və təlimlərində iştirak edə, təlimlərdən sertifikatlar qazana, əlavə resurslar əldə etməklə öyrənmə imkanlarınızı artıra, yerli və Beynəlxalq səviyyədə qurulan əməkdaşlıq imkanlarından faydalana bilərsiniz.

 

Üzv olmaq üçün Facebook səhifəmizdə yerləşdiriləcək ərizə formasının doldurulması kifayətdir. Müraciət edən müəllimin məlumatları müvafiq RTŞ ilə təsdiqləndikdən sonra üzvlük aktivləşdiriləcəkdir. 

 

Qeyd edək ki, Assosiasiyamız Azərbaycan Respublikası Təhsil Nazirliyi başda olmaqla bir sıra qurumlarla əməkdaşlıq edir.