• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 17 avqust tarixli 150 nömrəli
qərarı ilə təsdiq  edilmişdir
 
 1. Ümumi müddəalar
 
1.1. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələri üzrə büdcə layihəsinin tərtibi zamanı istifadə olunması məqsədi ilə hazırlanmışdır.
1.2. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatının xərc normativləri bu kateqoriyadan olan təhsil müəssisələrinin cari xərclərinin büdcədə proqnozlaşdırılmasında istifadə olunan əsas göstəricilərdir.
 
 2. Xərc növləri üzrə büdcə təminatı normativlərinin hesablanması metodikası
 
2.1. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə büdcə təminatı normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər əsasən aşağıdakı istiqamətlər üzrə aparılır:
2.1.1. "Ştatda olan işçilərin əməkhaqqı", "Ştatdankənar işçilərin əməkhaqqı" və "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" xərc normativlərinin hesablanması
"Ştatda olan işçilərin əməkhaqqı" xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.
"Ştatdankənar işçilərin əməkhaqqı" xərc normativinə təşkilatların ştatda olmayan və müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərin aldıqları əməkhaqqı ilə bağlı xərclər daxildir.
"Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Bu kateqoriyadan olan təhsil müəssisəsində çalışan işçilərin, o cümlədən inzibati və xidmətedici və pedaqoji heyətin əməkhaqqı hədləri Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğusu", "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğusu" və "Fəhlə peşələri və işçilərin vahid tarif-ixtisas sorğusu" kitabçaları əsasında müəyyən edilir.
2.1.2. "Əməkhaqqına üstəlik" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin movcud qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.
Normativin hesablanması:
Nə.üst. = ƏHF * MDSSH
Burada, Nə.üst. - illik əməkhaqqına üstəlik norması (manatla), ƏHF - əməkhaqqı fondu, MDSSH - qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqıdır.
2.1.3. "Dəftərxana, təsərrüfat və mətbəə ilə bağlı" xərc normativinin hesablanması
2.1.3.1. "Dəftərxana və təsərrüfatla bağlı" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və istifadə edilən digər dəftərxana ləvazimatlarının alınması, hesablama texnikası və avadanlıqlarına göstərilən xidmət haqları, dezinfeksiya xərcləri, plastik kartların alınması ilə əlaqədar xərclər və bu növ digər xərclər daxildir.
Normativin hesablanması:
Ndəf./təsər.=Sşag.* Əs.*Q+(Qplas.kart * Sişçi.şag, təl)+ Ə10%
Burada, Ndəf./təsər. - dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Sşag. - şagirdlərin sayı, Əs. - "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası" ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən məktəb-yazı ləvazimatının sayı, Q - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən büdcədən maliyyələşdirilən təhsil təşkilatlarına həmin il üçün müəyyənləşdirilən məktəb-yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, Qplas.kart -illik plastik kartların dəyəri, Sişçi.şag,təl -təhsil müəssisələrində çalışan işçilərin və təqaüd alan şagird və tələbələrin sayı, Ə10% - digər xərclərdir.
2.1.3.2. "Mətbəə xərcləri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, qiymətli kağızların hazırlanması və çapı, sənədlərin cildlənməsi, tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər və bu növ digər xərclər daxildir.
Normativin hesablanması:
Nmət.=Sşag.*Əs*Q
Burada, Nmət. - mətbəə xərclərinin illik norması (manatla), Sşag. - şagirdlərin sayı, Əs. - "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası" ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən məktəb-yazı ləvazimatının sayı, Q - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən büdcədən maliyyələşdirilən təhsil təşkilatlarına həmin il üçün müəyyənləşdirilən mətbəə məhsullarının qiymətlərinin yuxarı həddidir.
2.1.4. "İdarənin sair xərcləri" xərc normativinin hesablanması
 Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsində istənilən növ mal və materialların, pərdə və başqa uzunmüddətli malların alınması xərcləri daxildir.
Normativin hesablanması:
N idarə xərc. = Sşag.*Əs.*Q
Burada, N idarə xərc.- idarənin illik sair xərc norması (manatla), Sşag. - şagirdlərin sayı, Əs. - "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası" ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən təsərrüfat mallarının sayı, Q - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən büdcədən maliyyələşdirilən təhsil müəssisələrinə həmin il üçün müəyyənləşdirilən təsərrüfat mallarının satınalma qiymətlərinin yuxarı həddidir.
 2.1.5. "Cari təmir xərcləri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsində əmlakın cari təmiri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.
Normativin hesablanması:
Nc/təmir = Də/fond * Əaşınma         
Burada, Nc/təmir - illik cari təmir norması (manatla), Də/fond - əsas fondların dəyəri, Əaşınma - aşınma əmsalıdır (müvafiq qanunvericiliklə müəyyən edilmiş hədlərdə).
2.1.6. "İdarənin mühafizəsi xərcləri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinin mühafizə xərcləri üzrə ayırmaları daxildir. Büdcə xərclərinin planlaşdırılması müvafiq qurumla baglanılmış ikitərəfli müqavilə əsasında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunmuş "Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin tarifləri cədvəli"nə uyğun olaraq göstərilən xidmətin növünə və yerləşmə yerinə görə müvafiq büdcə təşkilatının sifarişi əsasında həyata keçirilir.
2.1.7. "Ölkədaxili ezamiyyətlər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mənzil xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, ali və orta ixtisas təhsil müəssisələrinə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri daxildir.
Normativin hesablanması:
Nezam.= Sezam.*Əyol*Sgün
Burada, Nezam. - illik ölkədaxili ezamiyyətlər və xidməti səfərlərin normativi (manatla), Sezam. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə razılaşması əsasında ezamiyyətlərin sayı, Əyol - mövcud qanunvericiliyə görə ölkədaxili ezamiyyətlərin və xidməti səfərlərin birgünlük norması, Sgün - ölkədaxili ezamiyyətdə və xidməti səfərdəolma günlərinin sayıdır.
2.1.8. "Xarici ezamiyyətlər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mənzil xərcləri, kompensasiya ödənişləri, işçilərin daxildə hərəkəti zamanı gündəlik və gediş-gəliş xərcləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, xarici ölkələrin ali və orta ixtisas təhsil müəssisələrinə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri daxildir.
Xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı tələbat tətbiq olunan normativə uyğun və təhsil müəssisəsinin müvafiq sifarişinə əsasən müəyyən edilir.
2.1.9. "Yanacaq və sürtgü materiallarının alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinə məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə yanacaq və sürtgü materiallarının alınması ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nyan.= Syan.*Q*Y*Ə1,1
Burada, Nyan. - illik yanacaq və sürtgü materiallarının alınması normativi (manatla), Syan - istifadəyə yararlı olan nəqliyyat vasitəsinin növündən asılı olaraq 100 km məsafə üçün yanacaq və sürtgü sərfiyyatı (sərfiyyat nəqliyyat vasitəsinin texniki pasportu və faktiki göstəriciləri əsasında müəyyənləşir), Q - yanacaq və sürtgü materiallarının qiyməti, Y - il ərzində nəqliyyat vasitəsinin orta yürüş həddi (orta illik yürüş həddi qannvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilir), Ə1,1 - "Büdcədən maliyyələşən təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün yürüş və neft məhsullarının aylıq normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 8 dekabr tarixli 190 nömrəli qərarına əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində sürücülərin hazırlanması ilə bağlı əlavə xərcdir.
2.1.10. "Digər nəqliyyat xidmətləri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinə məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinin istismarı, texniki baxışdan keçirilməsi, sığortalanması, təmiri, onlara ehtiyat hissələrinin alınması ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.
Normativin hesablanması:
Nnəq.= Bdəy.*Əaşınma*Ətəmir*Ə1,1
Burada, Nnəq. - nəqliyyat xidmətlərinin illik xərc normativi (manatla), Bdəy. - istifadəyə yararlı olan nəqliyyat vasitəsinin balans dəyəri, Əaşınma - aşınma əmsalı (mövcud qanunvericiklə müəyyən edilmiş hədlərdə), Ətəmir - ehtiyat hissələri və materiallarının qiymətlərinin ümumi cari təmirdə xüsusi çəkisi (nəqliyyat vasitəsinin dəyərinin mövcud bazar qiymətinin 30 faizindən çox olmaması şərtilə), Ə1,1 - "Büdcədən maliyyələşən təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün yürüş və neft məhsullarının aylıq normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 8 dekabr tarixli 190 nömrəli qərarına əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində sürücülərin hazırlanması ilə bağlı əlavə xərcdir.
2.1.11. "Elektrik enerjisi haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Təhsil müəssisəsində sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
2.1.12. "Qaz haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Təhsil müəssisəsində istilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
2.1.13. "Su, kanalizasiya xidmətləri haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində istifadə olunan suyun və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
Təhsil müəssisəsində sayğac göstəricilərinə əsasən istifadə olunmuş su üzrə ortaillik sərfiyyata uyğun və həmin sərfiyyata görə kanalizasiya xidmətləri üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
2.1.14. "İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində istilik sisteminin (odun, kömür və sair) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.
2.1.15. "Digər kommunal xidmətləri haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində digər növ kommunal xidmətlərinin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması, liftlərə texniki xidmətlə bağlı xərclər və bu növ digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.
2.1.16. "Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində digər kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilişi, onların cari təmiri və bu işlərlə bağlı digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir.
2.1.17. "Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkə daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər, abunə haqlarının ödənilməsi xərcləri və bu növ digər xərclər daxildir.
Normativin hesablanması:
Ntel. = Stel.*Htel.
Burada, Ntel. - illikölkədaxili telefon danışıq haqlarının ödənilməsi normativi (manatla), Stel. - təşkilatda mövcud olan telefon nömrələrinin sayı (telefon nömrələrinin sayının 3-dən artıq olmaması şərtilə), Htel. - mövcud normativlərə uyğun bir nömrənin illik abunə haqqıdır.
2.1.18. "Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin xarici ölkələrlə bağlı telefon danışıqları və faks xidməti ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nb/tel. = S b/tel.*Hb/tel.
Burada, N b/tel. - illik beynəlxalq telefon danışıq haqlarının ödənilməsi normativi (manatla), Sb/tel. - beynəlxalq telefon danışıqlarının sayı (telefon nömrələrindən yalnız birinin beynəlxalq çıxışı olması şərtilə), Hb/tel. - movcud normativlərə uyğun beynəlxalq istiqamətlər üzrə telefon danışıqların haqqıdır.
2.1.19. "Poçt xidmətlərinin ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən məktub və bütün növ poçt və teleqramların göndərilməsi, feldrabitə, radioqram, teletayp, pul (baratlar) göndərişləri, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.
Təhsil müəssisəsinin faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.
2.1.20. "İnternet xidməti haqqının ödənilməsi" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən internet xidmətindən istifadəyə görə ödənişlər daxildir. Veb-saytların yeniləşdirilməsi və saxlanılması xərcləri də bu istiqamət üzrə müəyyən edilir.
Normativin hesablanması:
Nint. = Sint.*Hhaq.
Burada, Nint. - illikinternet haqlarının ödənilməsi normativi (manatla), Sint. - təşkilatda internet şəbəkəsinə çıxışı olan telefon nömrələrinin sayı, Hhaq. - mövcud tariflərə uyğun internet xidmətləri haqqıdır.
2.1.21. "Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən dərmanların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vasitələrin alınması ilə bağlı xərclər daxildir. İlk peşə-ixtisas təhsili müəssisəsinin bu xərcə olan tələbatı təhsil müəssisəsinin mövcud fəaliyyət istiqamətlərindən asılı olaraq müəyyən edilir. Bu xərc üzrə vəsait mövcud qanunvericiliyə uyğun proqnozlaşdırılarkən, təhsil müəssisəsinin tabeliyində fəaliyyət göstərən tibb məntəqəsinin mövcudluğu və müəssisənin faktiki sifarişi nəzərə alınır.
2.1.22. "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi geyimlərin və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nyum.={Sçar.*(Q1+Q2)+0.2Sşag.*Q3}-Dm/yum.
Burada, Nyum.- yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin illik norması (manatla), Sçar. - yataqxanada faktiki istifadə olunan çarpayıların sayı, Q1 - yataq dəstinin (balışın, ağların və yorğanın) qiyməti, Q2- döşəyin qiyməti, Sşag. - təhsil müəssisəsində təhsil alan şagirdlərin sayı, Q3 - xüsusi geyimlərin qiyməti, Dm/yum. - faktiki istifadədə olunan yumşaq inventarın dəyəridir.
İstifadədə olunan yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin aşınma müddəti "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası"nın "2. Qeyri-ərzaq malları" bölməsində orta hesabla adambaşına düşən istehlak həcminə, satınalma qiymətlərinin yuxarı həddi isə Azərbaycan Respublikası Statistika Komitəsinin "Qiymətlər və qiymət indeksləri bülleteni"ndə göstərilən qiymətlərə uyğun olaraq həyata keçirilir.
2.1.23. "Ərzaq məhsullarının alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə xüsusi ilk peşə-ixtisas təhsili müəssisələrində tədris fəaliyyətindən asılı olaraq, habelə zərərli əmək şəraitində dərs keçən müəllim heyəti və şagirdlər (tələbələr) üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.
Normativin hesablanması:
Nərz.=Nərz.1*Sm.t.*G*Əinf.
Burada, Nərz.- xüsusi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində zərərli əmək şəraitində tədrislə məşğul olan pedaqoji heyətin və tələbənın (şagirdin) illik ərzaq norması (manatla); Nərz.1 - təhsil müəssisəsi üçün müəyyən edilmiş gündəlik ərzaq norması (Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilir), Sm.t. - əlavə ərzaq almaq hüququ olan işçilərin və təhsilalanların sayı, G -günlərin sayı (ildə 210 gündən artıq olmamaq şərtilə), Əinf. - proqnozlaşdırılan illik inflyasiyanın həddidir.
Xüsusi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində zərərli əmək şəraitində tədrislə məşğul olan müəllim heyəti, tələbə və şagirdlər üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası"nın "1. Ərzaq məhsulları" bölməsinə, satınalma qiymətləri isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş orta qiymətə uyğun hesablanır.
2.1.24. "İnventar alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən təzə və istifadə olunmuş bütün növ mebellərin, həmçinin stol, stul, kitab rəflərinin, sinif mebellərinin (partaların), yumşaq mebellərin, çarpayıların alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər və bu növ digər xərclər daxildir.
Xərc normativinin hesablanması təhsil müəssisəsində təhsil alan şagirdlərin sayı əsasında faktiki tələbata uyğun aparılır.
2.1.25. "Avadanlıq alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən az qiymətli avadanlığın və alətlərin bütün növlərinin və ya xidmət müddəti bir ildən az olan avadanlıqların alınması ilə bağlı xərclər, o cümlədən məktəblər üçün təhsil avadanlıqlarının, cihaz, maşın, dəzgah və digər xüsusi avadanlıqların alınması, quraşdırılması və təmiri xərcləri daxildir.
Xərc normativinin hesablanması təhsil müəssisəsində mövcud olan laboratoriyaların və əmək kabinetlərinin sayına uyğun aparılır.
Normativin hesablanması:
Navad.= {Sl/kab.*As.*Ql/kab.}-Dm/avad.
Burada, Navad. - avadanlığın illik alınma norması (manatla), Sl/kab. - təhsil müəssisəsində laboratoriya və əmək kabinetlərinin sayı, As. - Azərbaycan RespublikasınınTəhsil Nazirliyi tərəfindən müvafiq əmrlə laboratoriya və əmək kabinetləri üçün müəyyən edilmiş avadanlıqların siyahısı, Ql/kab. - laboratoriya və əmək kabinetləri üçün müəyyən edilmiş avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi (Azərbaycan Respublikası Statistika Komitəsinin "Qiymətlər və qiymət indeksləri bülleteni"ndə göstərilən qiymətlərə uyğun həyata keçirilir), Dm/avad. - faktiki istifadə olunan avadanlığın dəyəridir.
2.1.26. "Digər alışlar və xidmətlər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən müəyyən edilmiş qaydada məktəb və rəsmxət ləvazimatlarının, materiallarının, təhsil məşğələləri üçün inventarların, təhsil proqramlarının, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçaların və digər sənədlərin, tədris müəssisələrində fəaliyyət göstərən kitabxanalar üçün kitabların alınması və digər xidmətlərlə bağlı xərclər daxildir.
Xərc normativinin hesablanması təhsil müəssisəsində təhsil alan şagirdlərin (tələbələrin) sayı əsasında aparılır.
Normativin hesablanması:
Na/xid.= Sşag.*0.5Salışlar*Qalışlar
Burada, Na/xid. - digər alışlar və xidmətlər üzrə illik norma (manatla), Sşag. - əyani vəsaitdən istifadə edən şagirdlərin sayı, Salışlar - Azərbaycan RespublikasınınTəhsil Nazirliyi tərəfindən müvafiq əmrlə təsdiq edilmiş əyani vəsaitlərin siyahısı, Qalışlar - bu xərc maddəsi üzrə müəyyən edilmiş alışlarınorta bazar qiymətidir.
2.1.27. "Tələbələrə verilən təqaüdlər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən mövcud qanunvericiliyə əsasən ali, orta-ixtisas təhsili müəssisələrində və bu profildən olan hərbi məktəblərdə təhsil alan şagirdlərə ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Ntəq.=Sşag.*Tmiq.*12ay
Burada, Ntəq.- illik təqaüdün hesablanması norması (manatla), Sşag. - təqaüd alan şagirdlərin sayı, Tmiq. - müvafiq normativ hüquqi sənədlə müəyyən edilmiş təqaüdün aylıq miqdarı, 12 ay - ilin aylarıdır.
2.1.28. "Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər və digər müavinət, təqaüd və transfertlər" xərc normativinin hesablanması
2.1.28.1. "Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər" xərcnormativinə qanunvericiliyə uyğun olaraq hesablanmış müvəqqəti əmək qabiliyyətini itirməyə görə işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu zaman hesablama əvvəlki ilin faktiki icra məbləği əsas götürülməklə aparılır.
 2.1.28.2. "Digər müavinət və transfertlər" xərc normativinəxəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəçilik edilməsi, yetim və valideyn himayəsindən məhrum uşaqları qəyyumluğa (himayəyə) götürmüş şəxslərə aylıq müavinətin ödənilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni qidanın alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb - gətirmək üçün müavinətin ödənilməsi, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi xərcləri, sair müavinətlər, yardımlar, transfertlər və bu qəbildən olan digər xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər təsdiq olunmuş normativlər üzrə, eləcə də faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.
2.1.29. "Sair xərclər" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər, o cümlədən təhsil müəssisələrində bədən tərbiyəsi tədbirləri, icarə və muzdlu xidmətlərlə bağlı xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən bir sıra tədbirlər təsdiq olunmuş normativlər üzrə, bir sıra tədbirlər isə sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.
2.1.30. "Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinin əsas vəsaitlərinin əsaslı təmiri ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
 Nə/təmir = Də/fond*Əaşınma
 Burada, Nə/təmir - illik əsaslı təmir norması, Də/fond - əsas fondların dəyəri, Əaşınma - aşınma əmsalıdır (mövcud qanunvericiliyə uyğun müəyyən edilmiş hədlərdə).
2.1.31. "Nəqliyyat vasitələrinin alınması" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri və digər müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər daxildir. Fərdi qaydada təhsil müəssisəsinin sifarişi əsasında müəssisənin hansı növ nəqliyyat vasitəsinə olan tələbatı araşdırılmaqla, müvafiq vəsaitin ayrılması həyata keçirilir.
2.1.32. "Digər maşın və avadanlıqlar" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri və digər müəssisə və təşkilatlar tərəfindən digər maşın və qeyri-istehsal avadanlıqlarının, alınması ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nmaş./avad. = 0.25Əs.*Q*Əinf.
Burada, Nmaş./avad.. - digər maşın və avadanlıqların illik norması (manatla), Əs. - "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası" ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən məişət əşyalarının sayı, Q - digər maşın və avadanlıqların satınalma qiymətləri, Əinf. - proqnozlaşdırılan illik inflyasiyanın həddidir.
2.1.33. "Kənd təsərrüfatı texnikası və toxumları" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən kənd təsərrüfatı texnikasının, damazlıq heyvanlar üçün yemlərin və bitki toxumlarının alınması ilə bağlı digər xərclər daxildir.
Bu xərc istiqaməti üzrə vəsaitin proqnozlaşdırılması tədris profilindən asılı olaraq fərdi qaydada, sifariş əsasında həyata keçirilir.
2.1.34. "Abadlaşdırma xidmətləri" xərc normativinin hesablanması
Bu istiqamət üzrə xərc normativinə dövlət ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən abadlaşdırma xidmətlərinin göstərilməsi ilə bağlı xərclər daxildir.
Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından, faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.
 
3. Xərc növləri üzrə büdcə təminatı normativlərinin hesablanması
metodikasının tətbiqi
 
3.1. Hesablanma metodikası Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər sahə nazirliklərinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
3.2. Büdcə normativlərinə daxil edilməyən, lakin ödənişi zəruri hesab olunan xərc maddələri (bank xərcləri və digər ödənişlər) üzrə ödəmələr faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının sifarişləri əsasında həyata keçirilir.
3.3. Hesablanma metodikasından təhsil müəssisələrinin büdcədənkənar vəsaitlərinin xərc smetalarının hazırlanması zamanı da istifadə edilə bilər.