• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin 23.11.2017-ci il tarixli 416 nömrəli əmrinin 3-cü bəndinin icrası məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

 

Redaksiya heyətinin sədri:

 

Famil Mustafayev – Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor.

 

Redaksiya heyətinin üzvləri:

 

Müslüm İbrahimov – Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru, professor;

Rasim Əlizadə – Azərbaycan Texniki Universitetinin kafedra  müdiri, texnika üzrə elmlər doktoru, professor;

Müseyib İlyasov  – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Novruz Quliyev – Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Fuad Vəliyev – Bakı Ali Neft Məktəbinin müəllimi, texnika üzrə elmlər doktoru, professor;

Fərid Ağayev –  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru;

Tahir Əmiraslanov – Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, əməkdar mədəniyyət işçisi;

Vüqar Zeynalov – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

 

Amil  Əlili   – Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə  müdiri;

Rəsul Əsgərov – Təhsil İnstitutunun şöbə müdiri, əməkdar müəllim;

Nəzakət Mehdiyeva – Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini, qabaqcıl təhsil işçisi;

Qalib Həsənov – Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru;

Tanırverdi Tanırverdiyev – Tovuz Peşə Liseyinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru;

Hikmət Camalov – Abşeron Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri.

                               

2. Jurnalın redaksiya heyətinin sədri (F.Mustafayev):

- redaksiya heyətinin iclaslarının zərurət olduqda, ildə dörd dəfədən az olmamaq şərtilə keçirilməsini;

- məqalələrin hazırlanmasına elmi tədqiqatçıların və ixtisaslı mütəxəssislərin cəlb olunmasını;

- təqdim olunmuş məqalələrin dövri elmi nəşrlər qarşısında qoyulan müasir tələblərə uyğunluğunu təmin etsin.

3. Baş redaktor (Ş.Balakişiyev):

- jurnalın strukturu, tərtibat-dizaynı ilə bağlı məsələlərin həllini;

- jurnalın rəsmi internet səhifəsinin yaradılmasını və fəaliyyətinin təşkilini;

- jurnalın yayımı və abunə yazılışı ilə bağlı zəruri tədbirlərin icrasını təmin etsin.

4. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Aparat rəhbəri Muxtar Məmmədova həvalə olunur.

 

Əsas: Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru F.Mustafayevin 16.05.2018-ci il tarixli 25-00-3189 nömrəli təqdimatı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 iyul 2018-ci il

F-504