05.05.2009

Mayın 5-də təhsil naziri Misir Mərdanov Yevlax rayonundakı Şıxəli Qurbanov adına 8 saylı orta məktəbin açılış mərasimində iştirak edib.

Misir Mərdanov rayon rəhbərliyini, təhsil ocağının pedaqoji və şagird kollektivini təbrik edib, rayonda həyata keçirilən bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda təhsilə gösərdiyi diqqət və qayğı sayəsində mümkün olduğunu nəzərə çatdırıb.

Ətraflı
04.05.2009

Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Misir Mərdanov qeyd edib ki, respublika səviyyəsində ilk dəfə həyata keçirilən “Gənc kompüter istedadları” müsabiqəsinə 2007-ci ildə yalnız Bakı şəhərinin məktəbliləri qatılıb, 2008-ci ildə isə müsabiqə Sumqayıt şəhərində təşkil olunub.

Ətraflı
01.05.2009

Mayın 1-də Bakıdakı 23 saylı orta məktəbdə «British Council» beynəlxalq təşkilatı və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş 7 pilot məktəbin 55 ingilis dili müəlliminin iştirak etdiyi bir həftəlik təlim kursunun başa catması ilə əlaqədar təqdimat mərasimi kecirilib.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən söz açıb və yeni olan bu təşəbbüs sayəsində qabaqcıl təlim metodlarının təqdim olunduğunu qeyd edib.

Ətraflı
30.04.2009

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Protokola uyğun olaraq 2009-2010-cu tədris ilində də Rusiya ali məktəblərində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavr və mütəxəssis proqramları üzrə 100 yer ayrılıb.

Hər iki ölkənin təhsil nazilrikləri arasında mövcud olan əməkdaşlıq nəticəsində Rusiya tərəfi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini qəbul edərək azərbaycanlı gənclərin təhsil almaları üçün prioritet ixtisaslar üzrə ən nüfuzlu universitetlərin adlarını açıqlayıb.

29.04.2009

Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.

Fəaliyyəti dövründə hər zaman təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını, tədrisin müxtəlif dillərdə aparılmasına yaradılan sərbəst şəraiti yüksək dəyərləndirib.

Ətraflı
28.04.2009

Аprеlin 28-də Zərifə Əliyеvа аdına оrtа məкtəbdə görкəmli оftаlmоlоqun аnаdаn оlmаsının 86-cı ildönümünə həsr оlunmuş tədbir кеçirilib.

Zərifə xanım Əliyеvаnın аdını dаşıyаn оrtа məкtəbin fəаliyyətini müsbət qiymətləndirən təhsil nаziri Misir Mərdаnоv bütün sаhələrə, о cümlədən də təhsilə göstərilən dövlət qаyğısından söz açıb, bu məкtəbdə çаlışаn müəllimlərin və təhsil аlаn şаgirdlərin məsuliyyətinin dаhа böyüк olduğunu vurğulayıb.

Ətraflı