• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 1-də Şamaxıda Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının əməkdaşlığı çərçivəsində məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirmiş, şagirdlər üçün fizika və kimyaya dair maraqlı təcrübələr nümayiş etdirilmişdir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş tədbirdə qonaqları müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev salamlamışdır.
Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirmişdir ki, Təhsil Nazirliyi və AMEA  birlikdə  regionlarda məktəblilər arasında  təhsil-elm vəhdətinin  təbliğinə start verib. Şamaxıdan başlanan bu tədbirlərdən məqsəd ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır.
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov təhsil-elm tandeminin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin yüksək önəm daşıdığını söyləmiş, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışmışdır. Gənc alim yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyi vacib hesab etmişdir. Vurğulamışdır ki, gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi prioritet istiqamətlərindəndir.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə rayonda təhsilin inkişafına dövlət qayğısından bəhs etmişdir. Bildirmişdir ki, Şamaxıda 12 minə yaxın şagird təhsil alır. Onlar hər il­ fənn olimpiadaları, inşa yazı, bədii qiraət və digər növ yarışlarda iştirak edirlər. İntellektual gəncliyin inkişafı rayonun təhsil müəssisələri qarşısında qoyulan hədəflərdən biridir.
 Çıxışların ardından AMEA-nın Fizika və Kimya Problemləri institutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirmiş, məktəbliləri təəcübləndirən nümayişlərin elmi izahını vermişlər. Təcrübələrin məişət və istehsalatdakı rolu haqqında verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olmuş, çoxsaylı suallar cavablandırılmışdır.


8 il əvvəl