• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri aparılmışdır
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədiylə Nazirliyin aparatında struktur dəyişiklikləri aparılmışdır.
Belə ki, Təhsil Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində paralelliyin aradan qaldırılması və bununla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə  Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək, əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın müddəalarının icrası ilə əlaqədar, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bölmələrin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılmış və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilmişdir.
Ölkəmizin müasir tələblərə cavab verən kadrlara olan ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xarici ölkələrlə tələbə mübadiləsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması, habelə təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək məqsədi ilə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi yaradılmış, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru Beynəlxalq əlaqələr şöbəsinin tərkibindən çıxarılaraq, adıçəkilən şöbənin tərkibinə verilmişdir.


8 il əvvəl