• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 21-də Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Excelsior” otelində “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr olunmuş seminar keçirilib.

Avropa İttifaqının TAIEX proqramı çərçivəsində keçirilən seminarda təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin Ali təhsil və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Belçikanın Hasselt Universitetinin Elmi-tədqiqat Əlaqələndirmə İdarəsinin direktoru Ann Peters, ali təhsil müəssisələrinin prorektorları, doktorantura şöbələrinin müdirləri və digər rəsmi şəxslər iştirak edib.
Seminar iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov doktorluq proqramlarının müzakirəsinin önəmini nəzərə çatdıraraq Avropa İttifaqının yardımı ilə təşkil olunmuş bu tədbirə Belçika, Finlandiya, İsveç və İtaliyadan olan beynəlxalq ekspertlərin də qatılmasının əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasətin, doktorluq proqramlarının konsepsiyasının və prosedurlarının Boloniya prosesinin tələbləri baxımından müzakirə olunmasıdır. Təhsil naziri fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsi və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin də müzakirə ediləcəyini söyləyib. Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin Avropa İttifaqının Tvininq və TAIEX proqramlarında 2009-cu ildən etibarən iştirak etdiyi haqqında məlumat verib.
Nazir 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda doktoranturanın ali təhsilin ən yüksək səviyyəsi kimi təsbit olunduğunu bildirib. Hazırda Azərbaycanda doktorantura üzrə təhsil proqramlarının həm universitetlərdə, həm Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, həm də sahəvi elmi tədqiqat institutlarında və elmi təşkilatlarda həyata keçirildiyini qeyd edən təhsil naziri elmi dərəcələrin və elmi adların təsdiq edilməsinin Ali Attestasiya Komissiyasının səlahiyyətinə daxil olduğunu söyləyib. Misir Mərdanov bildirib ki, ölkəmizdə doktorantura təhsili verən müəssisələrin sayı artaraq 2011-ci ildə 177-yə yüksəlib. Həmin müəssisələrdə mindən artıq doktorantın təhsil aldığını nəzərə çatdıran təhsil naziri doktorantura təhsili sahəsində yeni normativ-hüquqi bazanın yaradıldığını qeyd edib.
Misir Mərdanov Azərbaycanda aparılan təhsil islahatlarında əsas məqsədin ənənəvi təcrübə əsasında Boloniya prosesinin tələblərinə cavab verən yeni, demokratik və mütərəqqi təhsil sistemi qurmaqdan ibarət olduğunu bildirərək bu baxımdan belə tədbirlərin, qarşılıqlı fikir mübadiləsinin vacibliyinə diqqət çəkib. Respublikamızda doktorantura təhsili sahəsində bu və ya digər məsələlərin həllində yaxından və davamlı olaraq köməklik edən Avropa İttifaqının ekspertlərinin əməyini yüksək qiymətləndirən təhsil naziri mövcud əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin Ali təhsil və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Belçikanın Hasselt Universitetinin Elmi-tədqiqat Əlaqələndirmə İdarəsinin direktoru Ann Peters və başqaları doktorantura təhsilinin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsindən söhbət açıb, doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər haqqında fikirlərini bildiriblər.
Təhsil naziri Misir Mərdanov seminarın faydalı əməkdaşlıq və açıq müzakirə şəraitində keçməsindən məmnunluğunu bildirərək iki gün müddətində aparılacaq fikir mübadiləsinin ölkəmizdə doktorantura təhsilinin normativ hüquqi bazasının təkmilləşdirilməsinə kömək edəcəyinə və mövcud problemlərin həll yollarının axtarılıb tapılacağına əminliyini ifadə edib. Tədbir iştirakçılarını daha fəal olmağa səsləyən təhsil naziri seminarın işinə uğurlar arzulayıb.


8 il əvvəl