• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 8-də Təhsil Nazirliyində «Səmərəli məktəb» layihəsinin hesabat iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı «Səmərəli məktəb» layihəsi haqqında ətraflı məlumat verib. Nazir 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran Misir Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. Təhsil naziri həmin komponentlərə uyğun olaraq görülmüş işlərdən danışıb, keçirilmiş təlim-seminarlar, layihə iştirakçısı olan məktəb direktorlarının təlim səfərləri, müvafiq maarifləndirmə tədbirləri və bir sıra əyani vəsaitlərin hazırlanaraq məktəblərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. Hazırkı informasiya əsrində məktəbin missiyasının əsaslı şəkildə dəyişdiyini vurğulayan nazir dünyanın inkişaf tendensiyalarından geri qalmamaq üçün müasir məktəbin iş üsullarının təkmilləşdirilməsinin vacibliyini önə çəkib.
«Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, «Səmərəli məktəb» layihəsinin rəhbəri Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verib. E.Kazımzadə bildirib ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir. Hələlik 12 təhsil müəssisəsinin layihədə iştirak etdiyini söyləyən E.Kazımzadə «Səmərəli məktəb» layihəsinin elektron multimedia diskindən və hazırlanmış müvafiq elektron vəsaitlərdən digər məktəblərin də istifadəsinin mümkünlüyünü vurğulayıb.
«Səmərəli məktəb» layihəsinin əlaqələndiricisi Vəfa Yaqublu layihə çərçivəsində görülmüş işlər və onların nəticələri haqqında ətraflı məlumat verib.
Sonra Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin direktoru Çingiz Şirəliyev, “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, Lənkəran şəhəri 6 nömrəli tam orta məktəbin direktoru Akif Xalıqov, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin səmərəli idarə edilməsi və birgə rəhbərlik, məktəb mühitinin inkişaf etdirilməsi və inkluziv tədris üsulları, «Səmərəli məktəb» layihəsinin akkreditasiya prosesində rolu mövzularında çıxış ediblər.
Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən «Səmərəli məktəb» layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin də yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Sonda layihənin yekunlarına dair müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


8 il əvvəl