• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 13-də Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə xüsusi hörmət və ehtiramla yanaşdığını söyləyən nazir dahi şəxsiyyətin müəllim haqqında söylədiyi qiymətli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Misir Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıb. Son illərdə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdıran təhsil naziri bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib.
Nazir qeyd edib ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfər təhsil işçisi «Tərəqqi» medalı ilə təltif olunub, 65 nəfərə «Əməkdar müəllim» fəxri adı verilib.
Çıxışının sonunda təltif olunan bütün təhsil işçilərini təbrik edən təhsil naziri onlara işlərində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ilbəil artdığını söyləyərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına, təhsil işçilərinə göstərilən qayğıdan söz açıb.
Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Mərasimdə «Əməkdar müəllim» fəxri adına layiq görülmüş Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov çıxış edərək təltif olunan təhsil işçiləri adından onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.


8 il əvvəl