• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib.
 Sonra Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair ” təqdimat-məruzə ilə çıxış edib. Öncə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı ötən il 37 sənədin hazırlandığını və onlardan 32-nin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirən nazir  onu da əlavə edib ki, həmin sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə hazırlanma mərhələsindədir. Daha sonra təhsil naziri müvafiq sənədlərin toplu şəklində çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu qeyd edib.
 Təqdimat-məruzəsində 2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr barədə məlumat verən Misir Mərdanov hər bir struktur bölmənin il ərzində gördüyü işlərə dair kollegiya və ya digər tədbirin keçirməsinin labüdlüyünü vurğulayıb. Nazir ötən il bir sıra Dövlət proqramları, Fəaliyyət planları və müsabiqələr üzrə görülmüş işlərə dair hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil sahəsindəki Dövlət proqramları və layihələr çərçivəsində müvafiq işlərin həyata keçirildiyinə diqqət çəkən təhsil naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nazirliyin struktur bölmələrinin komponent və alt komponentlər üzrə əsas vəzifələrini qeyd edib. Misir Mərdanov, həmçinin Dünya Bankı ilə birgə təhsil sahəsində görülən işlərdən bank əməkdaşlarının razı qaldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Nazir öz təqdimatında Təhsil Nazirliyinin bir neçə elektron məlumat mənbələrinin fəaliyyət göstərdiyini qeyd edib və onların işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.
Ötən il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar barədə məlumatları diqqətə çatdıran Misir Mərdanov bu işin səmərəli təşkili, həmin sənədlərin vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanunauyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib. Təhsil naziri nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.
 Sonra nazir ayrı-ayrı struktur bölmələrə verilən tapşırıqları, qarşıda duran vəzifələri sadalayıb və onların icra vəziyyəti ilə maraqlanıb.
 Müşavirədə təhsil naziri Misir Mərdanov ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlərlə bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.


8 il əvvəl