Fevralın 6-da Təhsil Nazirliyində “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsi çərçivəsində seminar keçirilib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Miqrasiya Təşkilatı, Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihəyə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir.
Seminarda insan alverinin qarşısının alınması məqsədilə orta məktəblərdə şagirdlər, onların müəllim və valideynləri tərəfindən insan alveri təhlükələrinin, miqrasiya reallıqlarının qarşısı alınma təşəbbüslərinin dəstəklənməsi üçün hazırlanacaq mexanizmlər və dərs vəsaitləri vasitəsilə maarifləndirmə tədbirlərinin keçirilməsi müzakirə olunub.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov seminarı giriş sözü ilə açaraq qeyd olunan layihə üzrə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İ. Pirməmmədov ölkəmizdə insan alverinin qarşısının alınması, bu problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılmasının vacibliyini qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin birgə həyata keçirilən “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsində nəzərdə tutulan məsələlərdən söz açıb. Qeyd olunub ki, 2 il müddətində həyata keçiriləcək bu layihə çərçivəsində ümumtəhsil məktəblərində şagird, müəllim və valideynlərlə maarifləndirmə işinin aparılması, təlim və seminarların keçirilməsi, dərs vəsaitinin hazırlanması, eyni zamanda bu mövzunun orta təhsil üzrə tədris proqramına daxil edilməsi və digər məsələlər planlaşdırılır.
Sonra çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin milli proqram rəhbəri Oqtay Gülmalıyev, eləcə də digər aidiyyəti qurumları təmsil edən şəxslər qeyd olunan layihə ilə əlaqədar rəy və təkliflərini bildiriblər.
Seminardan sonra Təşkilat Komitəsinin iclası keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42