• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 11-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə, İqtisadiyyat şöbələrinin 2010-ci ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə çıxış edən Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin yaranma tarixi, məqsədləri, strukturu, fəaliyyət istiqamətləri, normativ-hüquqi sənədlər barədə məlumat verib. T.Hacıyeva hesabat-təqdimatında 2010-cu ildə beynəlxalq qiymətləndirmə, bu qiymətləndirmənin nəticələrindən istifadə olunması, milli qiymətləndirmə və onun nəticələri, məktəbdaxili qiymətləndirmə, müvafiq sahədə sənədlərin, yoxlama və buraxılış imtahanlarının test banklarının hazırlanmasından söz açıb.
Daha sonra şöbə müdiri IX-XI siniflər üzrə yekun qiymətləndirmənin və IX siniflərdə payız imtahanının nəticələri, yoxlama və buraxılış imtahanlarında valideynlərin iştirakı haqqında danışıb, habelə buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin, şagird nailiyyətlərinin təhlili və keyfiyyət göstəricilərini qeyd edib. T.Hacıyeva 2010-2011-ci dərs ilində yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi, fənlər üzrə imtahan suallarının sayında dəyişikliklərin aparılması, şagirdlər üçün imtahana buraxılış vərəqələrinin hazırlanması istiqamətində görülən işlərdən danışıb. Monitorinq və qiymətləndirmə şöbəsi əməkdaşlarının beynəlxalq layihə və seminarlarda iştirakından, şöbəyə daxil olan ərizə, şikayət və məktubların icra olunmasından bəhs edən T.Hacıyeva 2011-ci ildə qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Sonra İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin 2010-cu ildə görülmüş işlərə dair hesabatı dinlənilib. Şöbədə görülən işlərin hüquqi bazası, şöbənin strukturu, fəaliyyət istiqamətləri, əməkdaşların vəzifə bölgüsü,  kollegiya müzakirəsinə çıxarılmış məsələlər barədə danışan Ş.Əliyev qeyd edib ki, ötən il nazirliyin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi istiqamətində müvafiq iş həyata keçirilib. Şöbə müdiri çıxışında 2010-cu il ərzində təhsilin ayrı-ayrı pillələri və sahələri üzrə birbaşa Təhsil Nazirliyinə ayrılmış faktiki vəsaitlər, dövlət proqramları və xüsusi əhəmiyyətli tədbirlər üçün ayrılan xərclər, növbəti illər üçün vəsaitlərin proqnozlaşdırılması, statistik hesabatların qəbulu, əmlak və əsaslı tikinti məsələləri, maliyyə, mühasibat və hesabat işlərinin avtomatlaşdırılması istiqamətlərində görülmüş işlərdən söz açıb.
Əməkhaqqı və digər sosial məsələlər, ali təhsildə maliyyələşmə mexanizmi, təftiş və auditlərlə bağlı məlumat verən Ş.Əliyev şöbəyə daxil olan sənədlər, habelə 2011-ci ildə icrası nəzərdə tutulan əsas tədbirləri də qeyd edib.
Sonda dinlənilən hesabatlarla bağlı sual və təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov cari il üçün nəzərdə tutulan məsələlərlə bağlı öz tövsiyələrini bildirib.


8 il əvvəl