• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa şəhəri Üzeyir bəy Hacıbəyli adına 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd edilib.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrindən, 1 nömrəli orta məktəbin məzunlarının qızıl və gümüş medallarından, müxtəlif dövrlərə aid şəkillərdən, şagirdlərin Vətən mövzusunda yazdıqları inşalardan ibarət sərgiyə baxıblar.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra “Mənim doğma məktəbim” sənədli filmi nümayiş olunub.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil müəssisəsinin pedaqoji kollektivinə ünvanladığı təbrik məktubunu nəzərə çatdırıb, dövlət başçısının sərəncamları ilə təhsil sahəsində xidmətlərinə görə bir nəfərin “Əməkdar müəllim” fəxri adı və iki nəfərin isə “Tərəqqi” medalı ilə təltif edildiyini vurğulayıb. Ölkə rəhbərinin təhsil işçilərinə göstərdiyi daimi diqqət və qayğı sayəsində son illərdə qazanılan uğurlardan söz açan nazir Azərbaycanda ilk dünyəvi məktəblərdən biri olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivini təbrik edib, onlara müqəddəs işlərində daha böyük uğurlar arzulayıb.
Son illərdə respublikamızda məktəb və əlavə tədris korpusu tikintisi sahəsində əldə olunmuş nailiyyətlərə toxunan təhsil naziri bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun dəstəyi ilə 1 nömrəli orta məktəb üçün yeni tədris binasının inşa olunmasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına və tədris ocağının yenə də qədim Şuşa şəhərində uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Xalqın intellektual potensialının inkişafını hər zaman diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1982-ci ildə Şuşa şəhəri 1 nömrəli orta məktəbin 150 illik yubileyinin keçirildiyini xatırladan təhsil naziri deyib ki, bütün bunlar tədris ocağının üzərinə düşən məsuliyyət yükünü daha da artırır və pedaqoji kollektivi yeni-yeni nailiyyətlərə ruhlandırır.
Yubiley münasibətilə Şuşa şəhəri 1 nömrəli orta məktəbdə çalışan işçilərin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu qeyd edən nazir belə bir möhtəşəm tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, 1 nömrəli orta məktəbin direktoru Sevil Babayeva, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, tədris ocağının məzunu, hazırda Moskvada yaşayan fizika-riyaziyyat elmləri namizədi Şünasi Xəlilov və başqaları Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə diqqətindən bəhs edib, təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlərin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Daha sonra yubiley mərasiminin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.


8 il əvvəl