• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 12-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki ilə görüşüb

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Yaponiyaya etdiyi səfər, təhsil sahəsində səmərəli əməkdaşlığın yaradılması üzrə keçirdiyi görüşlər barədə məlumat verib.
Sonra nazir qarşılıqlı əlaqələrin qurulması istiqamətlərindən danışıb, Bakı şəhərindəki bir və ya iki məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili, peşə təhsili üzrə əməkdaşlığın yaradılması məsələlərinə toxunub. Nazir həmçinin qonağa ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən və qarşıda duran işlər haqqında məlumat verib. Eyni zamanda nazir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı üzrə təhsil sahəsinə dair həyata keçirilən tədbirlərə görə təşəkkür edib.
Cənab Masamitsu Oki nazirin qeyd etdiyi məsələlərə münasibət bildirib. Yapon dilinin orta məktəblərdə tədris olunması məsələsini yüksək dəyərləndirən səfir azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəflər Azərbaycan ilə Yaponiya universitetləri arasında əməkdaşlığın yaradılması, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr ediblər.


8 il əvvəl