• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə valideyn-müəllim assosiasiyalarının rəhbərləri və valideynlərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın valideyn-məktəb əlaqələrinin qurulması istiqamətində gördüyü işlərdən danışıb. Nazir bildirib ki, hazırda bu təşkilata 1000-ə yaxın məktəb və uşaq bağçası üzv olub. VMA-nın fəaliyyətinin möhkəmləndirilməsini və genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən  Misir Mərdanov  qeyd olunan  sahə üzrə nəzərdə tutulan tədbirlərdən söz açıb. Təhsil naziri məktəbin fəaliyyətinin və burada müxtəlif səviyyəli tədbirlərin təşkilində valideynlərin iştirakının əhəmiyyətini nəzərə çatdırıb, eyni zamanda belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra valideyn-məktəb əlaqələrinin müntəzəm qurulmasına diqqət çəkən nazir VMA-nın bu istiqamətdə irəli sürdüyü təkliflərə münasibətini açıqlayıb, o cümlədən “İlin valideyni” müsabiqəsinin keçirilməsinə müsbət yanaşdığını qeyd edib. VMA-nın mövcud şəbəkəsinin daha səmərəli fəaliyyətinin təşkili məsələlərinə də toxunan Misir Mərdanov mərkəzləşdirilmiş buraxılış imtahanlarında valideynlərin müşahidəçi kimi iştirakının, onların fəallığının artırılmasının məqsədəmüvafiq olduğunu bildirib. 
Tədbirdə bir neçə orta məktəbin Valideyn-Müəllim Assosiasiyalarının rəhbərləri, eləcə də valideynlər maraqlı təkliflər irəli sürüb, “İlin şagirdi” müsabiqəsinin keçirilməsinin də bu istiqamətdə görülən işlərə müsbət təsir göstərəcəyini inamla vurğulayıblar. Eyni zamanda VMA rəhbərləri təhsildə ictimai nəzarətin formalaşdırılması, valideyn-məktəb əməkdaşlığının daha da genişləndirilməsi, valideynlərin forum və ya qurultaylarının keçirilməsi,  eləcə də digər bu kimi məsələlər barədə təkliflər səsləndiriblər. 
 Sonda yeni dərs ili ərəfəsində valideynlər və VMA rəhbərləri ilə təhsil ocaqlarında görüş keçirilməsi, Təhsil Nazirliyi, YUNİSEF və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının 2010-2011-ci illər üzrə birgə tədbirlər planı hazırlaması məqsədəuyğun hesab edilib.


8 il əvvəl