• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.

Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov öncə son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən Misir Mərdanov əlavə edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22, ümumilikdə isə 70-dən artıq azərbaycanlı gənc hazırda Cənubi Koreya universitetlərində təhsil alır. Eyni zamanda nazir dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı gəncin bu ölkədə oxuduğunu qeyd edib.
Sonra Misir Mərdanov peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb və bu istiqamətdə müvafiq əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb. Daha sonra təhsil naziri Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birgə görülən işlərdən söz açaraq bu işin yaxın zamanlarda reallaşacağına inamını ifadə edib. İki ölkənin təhsil sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini açıqlayan Misir Mərdanov bununla bağlı  həyata keçirilməsi nəzərdə tutulan məsələlərdə səfirə uğurlar arzulayıb.
Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını, təhsil sahəsinin isə bu əlaqələrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir Azərbaycanı Koreyaya yaxın bir ölkə kimi dəyərləndirdiklərini qeyd edib. Səfir Li Ci Ha ölkəmizlə müxtəlif layihələr çərçivəsində yaradılmış əlaqələrdən və təhsil sahəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən söz açıb. Daha sonra səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolunu nəzərə çatdırıb.
Görüşdə təhsildə “Elektron hökumət” layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.


8 il əvvəl