İyunun 7-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
Qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21975 şagird 75 imtahan mərkəzində imtahan verib.
İyunun 8-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək.
Məlumat üçün bildiririk ki, bu gün qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42