• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, iyunun 3-dən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları başlayır. Nazir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi XI sinif şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90134 nəfər şagirdinin orta təhsil, 127796 şagirdin isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verdiyini nəzərə çatdırıb. Yoxlama imtahanlarının cari ilin fevral, mart və aprel aylarında 4 bölgə üzrə 294 imtahan mərkəzində keçirildiyini bildirən nazir əlavə edib ki, aprelin 25-də ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi buraxılış imtahanları verib.
Misir Mərdanov yoxlama imtahanında iştirak edən IX sinif şagirdlərinin 64,71, XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq qiymətlər aldığını bildirib, əvvəlki illərlə müqayisədə imtahan prosesinin aparılma mexanizminin təkmilləşdiyini, şagird və valideynlərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına münasibətlərinin müsbət mənada dəyişdiyini, imtahan nəticələrinin müvəffəqiyyət və keyfiyyət faizi baxımından yüksəldiyini vurğulayıb. Nazir ölkə üzrə bu artımın 10 faizdən bir qədər çox olduğunu qeyd edib.
Misir Mərdanov ölkəmizin 4 bölgəsində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirilmə tarixlərini nəzərə çatdırıb, XI sinif şagirdlərinin 3, IX sinif şagirdlərinin isə 1 saat 30 dəqiqə ərzində imtahan verəcəklərini bildirib. Daha sonra nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan azad olunduqlarını açıqlayıb.
İclasda iştirak edən imtahan rəhbərlərinə bu mühüm işə məsuliyyətlə yanaşmağın vacib olduğunu xatırladan təhsil naziri imtahanların uğurla keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləyib. Nazir imtahan rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onları üzərlərinə düşən vəzifələri daha yaxşı həyata keçirmək üçün fəal olmağa səsləyib.


8 il əvvəl