• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini məktəb açılışında iştirak edib

Sentyabrın 10-da  Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu  21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 

Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak edib.

Açılışda qeyd olunub ki, sözügedən məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində 11 sinif və məktəbəhazırlıq otağı, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Məktəbdə 35 pedoqoji və 14 texniki işçi çalışır.

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.


3 il əvvəl