• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşıb

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşıb. 13946 şəxs elektron qeydiyyatdan keçib, onlardan 11743-ü ixtisas seçimini yekunlaşdırıb.

Müsabiqənin nəticələrinin 25 avqust tarixində elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə məlumat SMS vasitəsilə göndərilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yerləşdiriləcək.

Qeyd edək ki, peşə təhsili pilləsi üzrə müraciətlərin qəbulu https://qebul.vet.edu.az/ platforması vasitəsilə 10-24 avqust tarixlərində iki mərhələdə aparılıb. I mərhələdə dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27 faiz uğurlu müraciət daxil olub. 

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Cari ildə ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Yeni tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarla bağlı müraciətlərdə müşahidə olunur.


3 il əvvəl