• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcək. Təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir.

Təlimlər hər həftənin çərşənbə və bazar günləri  Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək. 

Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq.  Müəllimlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər.

Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə  müəllimlər faydalana bilərlər.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi təlim və vebinarlar təşkil olunur.


3 il əvvəl