• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə ikili diplom proqramına əsasən, “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu elan edilir. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca imtahan keçiriləcək.

2020-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin “Təhsil” ixtisasları, “Humanitar və sosial” ixtisaslar, “İqtisadiyyat və idarəetmə” ixtisasları və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər. Qeyd olunan ixtisas qrupları üzrə müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər.

İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən 20 iyul 2020-ci il tarixinədək davam etdirələcək.

Müvafiq elanla keçiddən tanış ola bilərsiniz.


3 il əvvəl