• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2019-2020-ci tədris ili - Peşə təhsili

Yeni Peşə Təhsil Mərkəzi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə 2019-2020-ci tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.

   

 Peşə təhsili müəssisələrinə qəbul

2019-2020-ci tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub.

 

Peşə ixtisası üzrə dərsliklər elektron formatda

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

 

Peşə sahəsi üzrə teledərslər

Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” telekanalında  həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Bu təşəbbüslərlə yanaşı, Peşə Təhsili üzrə Dövlət Agentliyi öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlayıb.

 

Peşə sahəsində onlayn karyera təlimləri

Peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.

 

Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib

Azərbaycan peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.

 

Peşə təhsil müəssisəsində tibbi maska istehsalı

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib.


3 il əvvəl