• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

İyunun 1-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masa, “Hər birimiz bir çiçək” rəsm müsabiqəsi, “Mənim uşaq dünyam” gənc rəssamların rəsm vernisajı, Mərkəzin dərnək üzvlərinin dünya uşaqlarına təbrik müraciətlərini əks etdirən “Dünya uşaqları dostluq edir” adlı videoçarxın hazırlanması və digər onlayn tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Həmçinin pandemiya dövründə uşaq və gənclərdə ruh yüksəkliyi yaratmaq, onları sözügedən əlamətdar gün münasibətilə təbrik etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən "Dünya sənindir" adlı fləşmob təşkil olunub.

Eyni zamanda həmin günlə əlaqədar Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən onlayn fotomüsabiqə, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə incəsənət nümayəndələrinin iştirakı ilə uşaqlar üçün dəyirmi masalar təşkil ediləcək.

Sadalanan tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlar arasında dostluq münasibətlərinin qurulması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.


3 il əvvəl