• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərginin keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarında yaşayan uşaqlara ölkəmizi tanıtmaq, uşaqlar arasında dostluq münasibətləri qurmaq, ev şəraitində uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyəti və potensialını üzə çıxarmaq, həmçinin iki Mərkəz arasında əməkdaşıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.

Mövcud pandemiya ilə əlaqədar virtual platformada təşkil olunan sərgidə Amerika və Azərbaycandan 100-dən çox məktəbli tərəfindən göndərilən rəsmlər sərgilənib.  Şəkillərdə Azərbaycanın tarixi abidələri, iqlimi, məişəti, adət-ənənələri və digər amillər öz əksini tapıb.

Qeyd edək ki, hər il ənənəvi olaraq ölkəmizlə bağlı sərgilər təşkil edilir.


3 il əvvəl