• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Türk dünyası muzeylər həftəsi"nin bağlanış mərasimi

Mayın 24-də "Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsi başa çatıb.

Onlayn platformada keçirilən bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri və məktəblilər iştirak ediblər.

Çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək, bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. Daha sonra Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq, bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərilərək türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib. Ən fəal iştirakçılar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Təhsil Nazirliyinin Uşaq - Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə keçirilən  layihə çərçivəsində 18 may Azərbaycan Milli Xalça Muzeyinə, 19 May Qazaxıstan Milli Muzeyinə, 20 May Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, 21 May Türkiyə Troya Muzeyinə, 22 May Özbəkistan Dövlət Tarixi Muzeyinə, 23 May Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil olunub. Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın olub.


3 il əvvəl