• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual rəsm sərgisi

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi təşkil olunub.

Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm işlərindən ibarət virtual sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının xilaskarı olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, ömür yolu və siyasi fəaliyyətini uşaqlar tərəfindən əks etdirmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, həmçinin yaradıcılıq qabiliyyətlərini və düşüncələrini inkişaf etdirməkdən ibarətdir.

Sərgidə respublika üzrə 55 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 140 rəsm işindən 28-i Təhsil Nazirliyinin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir. Rəsmlərdə ulu öndərin müstəqillik əldə olunduqdan sonra iqtisadi, siyasi, mədəni və digər sahələrdə həyata keçirdiyi əhəmiyyətli işlər öz əksini tapıb. Əsasən portret janrında olan rəsmlərin çəkilməsində sulu boya, akvarel, quaş, pastel, tuş və digər vasitələrdən istifadə olunub.

 


3 il əvvəl