• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprel ayında 146-3 "Qaynar xətt"nə 863 zəng daxil olub

6-30 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 863 zəng daxil olub. 

Müraciətlərin mövzusu əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi, abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli olub. 

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.


3 il əvvəl