• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanın 2 universiteti dünya reytinqində 

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb. 

Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb.  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və Xəzər Universiteti 601+ aralığında  qərarlaşıblar. 

Qeyd edək ki, THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir.  Siyahıya  ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə 63, Rusiya 47, Türkiyə isə  37 ali məktəblə təmsil olunur.

Reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub.

 

Reytinqlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz: https://bit.ly/3cG0Hbp


4 il əvvəl