• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Aprelin 5-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start veriləcək.

Yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə yaradıcılığını inkişaf etdirməsi, eləcə də istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.

4 mərhələ üzrə keçiriləcək müsabiqədə 6-17 yaşlı dərnək üzvləri dörd nominasiya – “Bədii qiraət”, “Əl işi”, “İfa” və “Rəqs” istiqamətləri üzrə iştirak edə bilərlər. 

- I mərhələdə şagirdlər ev şəraitində seçdiyi nominasiya üzrə öz yaradıcılığını  videoya çəkərək təmsil olunduqları inkişaf mərkəzinin təşkilat komitəsinə göndərməlidir (5-12 aprel);

- II mərhələdə mərkəzlərin Təşkilat Komitəsi hər dörd nominasiya üzrə seçdikləri 3 qalib işin və ifaların videogörüntülərini 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-3@mk.edu.az) göndərəcək (13-20 aprel);

- III mərhələdə münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər seçiləcək (21-24 aprel);

- IV - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunacaq və qalib iştirakçıların videoları sosial şəbəkələrdə yerləşdiriləcək (25-28 aprel).

Müsabiqəyə qoşulmaqla uşaqlar “Evdə qalıb yaratmaqla koronavirusa birgə qalib gələk!” devizi altında birləşəcəklər.


4 il əvvəl