• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şahmat üzrə onlayn yarış keçirilib

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib. Yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.

Yarışda chess.com internet portalında müvafiq platforma üzərindən qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib. Yarışlar 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib.  Bu müddət ərzində onlayn yarışların daha geniş tərkibdə təşkili nəzərdə tutulur.


4 il əvvəl