• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Göygöl rayonu Nadil kənd tam orta məktəbinin ingilis dili müəllimi Emin Hüseynova həsr olunub. Emin Hüseynov 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə göstərib və həmin ildən Gədəbəy rayonu Söyüdlü kənd tam orta məktəbində ingilis dili fənnini tədris etməyə başlayıb.

2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən Emin müəllim 54 bal toplayıb. Həmin il Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinə yerdəyişmə edən gənc müəllim 2018-ci ildə yenidən yerdəyişmə prosesində iştirak edərək Göygöl rayonu Nadil kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirməyə başlayıb.

Uşaqlarla səmimi münasibət qurmağa çalışan Emin Hüseynov deyir ki,  müəllim şagirdini daha yaxşı anlamaq üçün özünü onun yerinə qoymağa çalışmalıdır.

Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl