• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Aytəkin Ağayevaya həsr olunub.

O, 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal toplayıb və həmin il Quba rayon Əlik kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2019-cu ildə isə müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edib. Hazırda  Şabran rayon Gəndov kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.

Aytəkin Ağayeva deyir ki, şagirdlərlə işləmək, onlara bilik öyrətməkdən zövq alır və müəllim adını qazandığı üçün çox xoşbəxtdir. Aytəkin Ağayevanın sözlərinə görə, müəllim peşəsi ona görə dəyərlidir ki, onlar vətəndaşların cəmiyyətə yararlı olması və layiqli yer tutması üçün çalışır, gələcəyin peşə sahiblərini yetişdirirlər.

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl