• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri - video

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə www.olimpiada.edu.az  saytından tanış olmaq mümkündür. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib.

Olimpiadanın bu mərhələsində 33 784 şagird iştirak edib. Bilik yarışına IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Növbəti mərhələyə qeydiyyat 5-15 fevral 2020-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 


4 il əvvəl