• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

2019-2020-ci tədris ilində SABAH qrupları  ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir. Hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. SABAH qrupları ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.


4 il əvvəl