Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu prosesi iyulun 25-də başa çatır.
Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.
Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər http://bsiic.edu.az/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Yeni təhsil müəsisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.
6 il əvvəl
Digər xəbərlər
-
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42 -
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08.07.2026 - 16:19
