• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə test imtahanları davam edir

İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə  test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

İmtahanlar iyulun 24-dək davam edəcək.


4 il əvvəl