• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

İyunun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov Qax şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir müavini rayonun Əlibəyli və Tasmalı kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. Bildirilib ki, rayonun Tasmalı kəndində 264, Əlibəyli kəndində isə 216 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Nazir müavini təlim gürcü dilində olan Əlibəyli kənd tam orta məktəbinin müəllimləri ilə də görüşüb və onlarla söhbət edib. Görüşdə nazir müavini ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat  verib.

Firudin Qurbanov həmçinin Uşaq-Gənclər Şahmat İdman Məktəbindəki şəraitlə də tanış olub. Nazir müavini məktəbdənkənar müəssisənin nəzdində fəaliyyət göstərən qruplara cəlb olunan şagirdlər və onların müəllimləri ilə görüşüb, öz tövsiyələrini verib. 

Vətəndaşların qəbulundan öncə nazir müavini Firudin Qurbanov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Firudin Qurbanov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı müraciət edib.


4 il əvvəl