• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali təhsilin beynəlmiləlləşməsi üzrə TAIEX seminarı

İyunun 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün “Ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda seminar öz işinə başlayıb.

Seminarda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli və nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Avropa Komissiyasının eksperti olaraq Polşa Akkreditasiya İdarəsi, Sloveniya Təhsil Nazirliyi və İspaniyanın Leon Universitetinin nümayəndələri, eləcə də 30 yerli ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edir.

İki gün davam edəcək seminarda Avropa Komissiyasının ekspertləri ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətliliyinin artırılması, beynəlxalq sıralamada yer alması, əcnəbi tələbələr üçün cəlbediciliyinin artırılması sahələrində öz təcrübələrini yerli həmkarları ilə bölüşəcəklər.

Seminar çərçivəsində yerli ali təhsil müəssisələri tərəfindən ali təhsildə beynəlmiləlləşmə ilə bağlı mövcud təcrübə barədə təqdimatlar olacaq.


4 il əvvəl